Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ali dövləti vəzifənizdə uğurlar arzularımı çatdırmaqdan şərəf duyuram.

Əminəm ki, Sizinlə birlikdə dost ölkələrimiz arasında olan ikitərəfli əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra daha da gücləndirmək uğrunda səylərimizi davam etdirəcəyik.

Sizi bir daha təbrik edir, möhkəm cansağlığı diləyirəm. Zati-aliləri, ən yüksək ehtiramlarımı Sizə çatdırıram.

Hörmətlə,

 

 

Mohamed Monsef MARZUKİ,

Tunis Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.