Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti və xalqı adından Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Cənab Prezident, bu seçkilərlə ölkənizin qədəm qoyduğu yeni mərhələdə Sizə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının demokratik seçkilər vasitəsilə verdiyi qərar ölkə həyatının yeni dönəmində vətəndaşlarınızın firavanlığı naminə həyata keçirdiyiniz kursu davam etdirməkdə Sizə dəstək olacaqdır.

Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə olan iradəmi bir daha təsdiq edir və Sizə ən dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

Evo MORALES,

Ayma Boliviya Çoxmillətli Dövlətinin Prezidenti

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.