Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkilərin nəticələri ölkənizin inkişafına və vətəndaşlarınızın rifahının yüksəlməsinə yönəlmiş siyasətinizin xalq tərəfindən dəstəklənməsinin təsdiqidir.

Məni Azərbaycanla xüsusi tellər bağlayır və mən Sizin atanızla dostluğumdan dərin məmnunluq duyurdum. Biz birlikdə ölkələrimiz arasında davamlı əlaqələr qurmuşuq. Şadam ki, qarşılıqlı fayda naminə bu əlaqələr artmış və inkişaf etmişdir. Bakıya sonuncu səfərim zamanı bütün sahələrdə müşahidə etdiyim inkişaf məndə xoş təəssürat oyatdı.

Cənab Prezident, Azərbaycan xalqının mənafeyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

İon İLİESKU,

Rumıniyanın keçmiş Prezidenti

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.