Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi qəlbdən təbriklərimizi qəbul edin. Bu seçkilər Azərbaycan xalqının böyük əksəriyyətinin ötən illər ərzində respublikada Sizin rəhbərliyinizlə həyata keçirilmiş səmərəli sosial-iqtisadi dəyişikliklərə nə qədər yüksək etimad göstərməsini inandırıcı şəkildə sübut etdi. Siz yüksək peşəkarlığa, idarəçilik və təsərrüfatçılıq sahəsində böyük praktiki təcrübəyə malik olan rəhbər kimi, Azərbaycan xalqının layiqli həyatını, ölkənin mədəni irsinin hərtərəfli dirçəldilməsini təmin edən tədbirlərin həyata keçirilməsinə yorulmadan nail olursunuz.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində Siz həmişə ölkə əməkçilərinin ictimai birlikləri ilə, xüsusən həmkarlar ittifaqları ilə səmərəli əməkdaşlığın inkişafına sanballı töhfə verməyə çalışmısınız. Azərbaycan Həmkarlar İttifaqlarının fəal iştirakı ilə işlənib hazırlanmış dövlət sosial proqramları bu gün muzdlu işçilərin sosial-iqtisadi vəziyyətinin müəyyən dərəcədə sabitləşməsinə kömək edir, işsizliyi azaldır, ölkənin iqtisadi yüksəlişinə dəstək verir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, sevinc və səadətlə dolu uzun ömür, Azərbaycanın tərəqqisi naminə nəcib məqsəd və vəzifələrinizin həyata keçirilməsində uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

 

 

Məlik MİRZƏYEV,

Neft-Qaz Sənayesi və Neft-Qaz Kompleksləri

Tikintisi İşçilərinin Həmkarlar İttifaqlarının

Beynəlxalq Konfederasiyasının baş katibi

Lev MİRONOV,

Neft-Qaz Sənayesi və Tikinti Sahələri İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqının sədri

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.