«Qloballaşan informasiya məkanında medianın aktual məsələləri» mövzusunda «dəyirmi masa»da sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi məsələləri müzakirə edilmişdir

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Noyabrın 1-də "Kempinski Badamdar" hotelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, "dəyirmi masa"nın gündəliyindəki "Yeni texnologiyalarmüasir media", "KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru", "Ənənəvi jurnalistikasosial şəbəkələr" mövzularının hər biri ayrıca paneldə müzakirə olunmuşdur.

Birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri, ikincidə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında  qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, üçüncüdə isə ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə edilmişdir.

"Dəyirmi masa"da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti, tələbələr iştirak etmişlər.

"Dəyirmi masa"nı AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları salamlamış, onlara səmərəli , maraqlı diskussiyalar arzu etmişdir.

Tədbirin gündəliyinə daxil edilmiş məsələlərin diapazonunun kifayət qədər geniş olduğunu söyləyən Aslan Aslanov burada sosial şəbəkələrin təkamülü dövründə texnoloji yeniliklərin, həmin şəbəkələrin ənənəvi jurnalistika ilə qarşılıqlı əlaqəsinin, KİV-lər prizmasından və onların fəal iştirakı ilə sivilizasiyalararası dialoqbir sıra oxşar məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Baş direktor demişdir ki, bu problemlər bizim cəmiyyətlərdə ən çox müzakirə edilən məsələlərdəndir və cəmiyyətlər mətbuat işçilərindən həmin suallara cavab gözləyirlər.

"Bizim peşəmizdə yüksək texnologiyaların nailiyyətlərindən geri qalmamaq və gündəlik işimizdə onları vaxtında inteqrasiya etmək çox vacibdir", - deyən Aslan Aslanov bildirmişdir ki, texnoloji tərəqqi peşəkar fəaliyyətimizin xarakterinə güclü təsir göstərir. İnternet və yaxın vaxtlara qədər mövcud olmayan sosial şəbəkələr indi artıq gündəlik işimizin ayrılmaz atributuna çevrilmişdir.  Halbuki aramızdakı həmkarların çoxu öz peşəkar fəaliyyətinə başladığı illərdə informasiya teletaypağ-qara ekranlı televiziya vasitəsilə ötürülürdü. Ona görə də bu möhtəşəm transformasiyanın canlı şahidləri kimi bu trendin bizi haraya aparacağını, xəbər agentliklərinin aqibətinin necə olacağını, sosial jurnalistika ilə ciddi yarışda ənənəvi agentliklərin davam gətirib-gətirməyəcəyini öyrənmək çox maraqlıdır.

Aslan Aslanov demişdir: "Təbii ki, bir gün ərzində bu zalda bütün məsələləri həll etmək çətin olar və əslində biz bu niyyətdə də deyilik. Lakin ümidvaram ki, bizim "dəyirmi masa"nın proqramını tərtib edərkən onun mövzusu kimi nəzərdə tutduğumuz məsələlər informasiya məkanının qloballaşması şəraitində medianın əsas aspektlərini əhatə ediraktual məqamları üzə çıxarır".

"Dəyirmi masa"nın birinci panelinə moderatorluq edən Rusiyanın İTAR-TASS Agentliyinin baş direktorunun birinci müavini-şef redaktor Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətindən danışmışdır.

Ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrə toxunan M.Qusman sosial şəbəkələrin cəmiyyətin bütün sahələrinə göstərdiyi təsirdən bəhs etmişdir.

İTAR-TASS-ın baş direktorunun birinci müavini vurğulamışdır ki, XXI əsr mediası keçmişdəki media ilə çox fərqlənir və sosial jurnalistika artıq sosial platforma yaratmaqdadır.

Sonra bölmə iclası məruzələrlə davam etmişdir. Böyük Britaniyanın "Allting Ltd." şirkətinin sədri, şair, dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin Anadolu Agentliyinin baş direktoru və idarə heyətinin sədri Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboy, Qazaxıstanın Kazinform Agentliyinin baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev yeni mediamüasir çağırışlar, xəbər istehsalı sahəsində modern texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir mərhələdə informativ-kommunikativ texnologiyaların KİV-lərin imkanlarının artmasına təsiri və s. mövzularda məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında maraqlı diskussiyalar olmuşdur. Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova məruzələrdə söylənən fikirlərə münasibət bildirmişdir.

Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katelin sədrliyi ilə keçən ikinci paneldə ABŞ-ın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokorun, AzərTAc-ın Baş direktoru Aslan Aslanovun, Argentina Milli Konqresinin Deputatlar Palatasının üzvü Yuliya Argentina Peryenin, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Əlövsət Əliyevin, Moldovanın "Kişinyovskiy obozrevatel" qəzetinin baş redaktoru, "MLD Media" Araşdırmalar Mərkəzinin direktoru İrina Astaxovanın, Rusiyanın "Rossiya" televiziya kanalının nümayəndəsi Marina Kimin, Bakı Dövlət Universitetinin müəllimi Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Yadigar İmamverdiyevin məruzələri dinlənilmişdir.

Çıxışlarda sivilizasiyalararası dialoqun inkişafında, tolerantlığın, müxtəlif xalqlar, dinlər arasında qarşılıqlı anlaşmanın təbliğində kütləvi informasiya vasitələrinin rolundan bəhs edilmişdir. Bildirilmişdir ki, qloballaşma dövründə bəşəriyyətin qarşısında duran qlobal təhlükəsizlik təhdidlərinin sayı və miqyası artır. Bu təhdidlərin öhdəsindən gəlmək, ziddiyyətlərin, münaqişələrin qarşısını almaq üçün qlobal səviyyədə daha çox səy göstərmək lazımdır. Buna isə sivilizasiyalar arasında dialoq şəraitində nail olmaq mümkündür. Təbii ki, bu məsələlərdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür.

"Dialoq tolerantlığın açarıdır. Multikulturalizm dəyərlərinin tətbiq vasitəsi kimi KİV-lərin rolu" mövzusunda məruzə ilə çıxış edən Aslan Aslanov bildirmişdir ki, qloballaşmaqda olan dünyada millətlərarası, konfessiyalararası ünsiyyət strategiyası insani münasibətlərin bu mürəkkəb sahəni ekstremizmə, irqçiliyə, şovinizmə və qarşıdurmaya zidd olaraq multikulturalizm və tolerantlıq əsasında tənzimləyən hüquqi, əxlaqi və sosial normalara əsaslanmalıdır. Bu halda əsas diqqət məhz multikulturalizmə yönəldilməlidir. Multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Multikulturalizm təkcə etik doktrina deyil, həm də açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan müəyyən siyasi proqram, dövlət siyasəti deməkdir. Beləliklə, multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır.

Baş direktor demişdir ki, Azərbaycan dövləti bütün dünyada məhz polietnik, çoxkonfessiyalı və tolerant bir ölkə kimi məşhurdur. Burada bütün dinlərin və milli azlıqların nümayəndələrinin hüquqlarının reallaşdırılması üçün çox gözəl şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizim cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirir.

Aslan Aslanov diqqətə çatdırmışdır ki, kütləvi informasiya vasitələri cəmiyyətdə ayrı-seçkiliyi, irqçiliyi və ksenofobiyanı deyil, multikulturalizmi, tolerantlıq ideyalarını, müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər arasında dialoqu təbliğ etməli, fəaliyyət göstərdikləri ölkələrdə tolerant şüurun formalaşmasına şərait yaratmalı, ekstremizmin və zorakılığın yayılmasına mane olmalıdır.

Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboyun moderatorluğu ilə keçən üçüncü paneldə Ukraynanın "Uryadovıy Kuryer" qəzetinin baş redaktoru Sergey Braqa, Estoniyanın "Postimees" qəzetinin redaktoru Siqrid Kiyv, Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kiril Şevçenko, Belçikada fəaliyyət göstərən Siyasət məsələləri üzrə Avropa  Mərkəzinin analitiki və icraçı inzibatçısı Amanda Paul, Bakı Slavyan Universitetinin müəllimi Səbinə İzzətli, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva məruzələrlə çıxış etmişlər.

Məruzələrdə sosial şəbəkələrin müasir cəmiyyətin transformasiyasında roluonun dünya miqyasında siyasi proseslərə təsiri, cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş internetsosial şəbəkə ilə medianın gələcəyinin necə olacağı, informasiya agentliklərinin bu sektorda başlıca rolunu nə dərəcədə qoruyub saxlaya biləcəyi məsələlərinə diqqət yetirilmişdir.

Diskussiyalarla davam edən paneldə multimedia texnologiyalarının müasir dövrdə gündəlik reallıqlarımızdan birinə çevrildiyi bildirilmişdir.

Çıxış edən digər natiqlər Bakı Beynəlxalq Humanitar  Forumunun qlobal miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycanın humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin əhəmiyyətini vurğulamış, forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

"Dəyirmi masa" boyu AzərTAc-ın "Gəzdim Azərbaycanı" layihəsi çərçivəsində videomateriallar nümayiş etdirilmişdir.

Sonda Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  2 noyabr.- S. 5.