Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu seçkilər Azərbaycanda demokratik inkişaf prosesinin əhəmiyyətli bir mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycanı bir sıra ortaq dəyərlər birləşdirir. Ölkələrimiz insan hüquqları, azadlıq, demokratiya və müstəqilliyi dəstəkləyir, ekstremizmin yayılmasının qarşısının alınması uğrunda birgə fəaliyyət göstərir.

Birləşmiş Ştatlar Avropanın enerji təhlükəsizliyi məsələsində Sizin rəhbərliyinizlə Azərbaycanın liderliyini yüksək qiymətləndirir.

Azərbaycanda ali dövləti vəzifəyə Sizin - xalqın etibarını qazanmış siyasi xadimin seçilməsi çox mühüm məsələdir. Azərbaycan Sizin rəhbərliyinizlə ABŞ-ın və digər müasir demokratik ölkələrin etibarlı tərəfdaşına çevrilmişdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Cim PİTTS,

 

ABŞ-ın Texas ştatı Nümayəndələr Palatasının üzvü

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.