Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Seçkilərdə qazandığınız inamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və dövlətinizin misilsiz nailiyyətlərinə verdiyi qiymətin sübutudur.

Fürsətdən istifadə edərək Azərbaycan xalqının rifahı naminə yorulmaz səylərinizdə İslam İnkişaf Bankı Qrupunun hər zaman Sizi dəstəkləməyə hazır olduğunu bildirmək istərdim. Bizim Bank Azərbaycanın İslam İnkişaf Bankı Qrupunun üzv ölkələrinin davamlı tərəqqisi və inkişafı naminə göstərdiyi səyləri dəstəkləmək məqsədilə bütün imkanlarını Sizə təqdim etməyə hazırdır.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

Dərin hörmətlə,

 

 

Əhməd Məhəmməd ƏLİ,

İslam İnkişaf Bankı Qrupunun prezidenti

Azərbaycan.-2013.-  5 noyabr.- S. 2.