Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın parlaq gələcəyi naminə şərəfli və məsuliyyətli vəzifənizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, Gürcüstan azərbaycanlıları ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin gücləndirilməsini, milli respublikamızda baş verən sürətli dəyişiklikləri Sizin adınızla bağlayır və onun xoşbəxt gələcəyinin də məhz Sizinlə gələcəyinə qəti inamını bildirir.

Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin ehtiramla,

 

 

Azər SÜLEYMANOV,

Gürcüstan Parlamentinin deputatı

Azərbaycan.-2013.-  5 noyabr.- S. 2.