Heydər Əliyev Mərkəzinin direktoru Küveyt

 Dövlətinin medalı ilə təltif olunmuşdur

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Küveyt Dövlətində Mərkəzin təşkil etdiyi konkur yarışına görə Küveyt Atçılıq Federasiyasının medalı və təşəkkür plaketi ilə təltif olunmuşdur.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzinin idmanın inkişafına dəstək layihəsi çərçivəsində bu il martın 7-də təşkil olunan turnirdə 147 idmançı iştirak etmişdir. Yarış Küveytdə yaşayan azərbaycanlıları özündə birləşdirən "Vətənsevər" Dostluq Cəmiyyəti və "Küveyt-Azəri" müəssisəsi ilə birgə Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə keçirilmişdir.

Tədbir çərçivəsində qonaqlar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olmuş, onlara ümummilli lider haqqında ərəb və ingilis dillərində kitablar təqdim edilmişdir.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 3.