Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin  bütün üzvləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edim.

Müstəqil Azərbaycanın son on ildə əldə etdiyi uğurlarartmaqda olan nüfuzu dünya azərbaycanlılarının qəlbini qürur hissi ilə doldurur. Azərbaycan Respublikası üçün mühüm əhəmiyyətə malik olan vəzifələrin çoxu Sizin rəhbərliyinizlə artıq həyata keçmişdir.

Hələ qarşıda görüləsi işlər çoxdur. Xalqımız bunları Sizin rəhbərliyinizlə həyata keçirəcəkdir.

Cənab Prezident, qarşıya qoyulmuş məqsədlərə çatmaq,  müstəqil Azərbaycan Respublikasının qüdrətini və nüfuzunu daha da artırmaq naminə çoxşaxəli, yaradıcı, əzmkar və yorulmaz fəaliyyətinizdə Sizə bundan sonra da uğurlar arzulayırıq.

 

Hörmətlə,

Svetlana Abdullayeva,

Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.2.