Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Bu il oktyabrın 9-da seçicilər seçki məntəqələrinə gəlib sabitliyə, inkişafa, tərəqqiyə yönəlmiş siyasətinizi dəstəkləyərək Sizə - böyük dövlət xadiminə və müasir Azərbaycanın liderinə yekdilliklə səs vermişlər.

Ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Hörmətli İlham Heydər oğlu, ulu öndər Heydər Əliyevin bu sözlərini məhz Siz reallığa çevirmisiniz. Sizin yorulmaz əməyiniz, titanik fəaliyyətiniz sayəsində Azərbaycan son 10 ildə müasir ölkələrdən birinə, regionun hərəkətverici qüvvəsinə çevrilmişdir. Azərbaycanda müasir istehsal müəssisələri istifadəyə verilir, sosial problemlər uğurla həll edilir, şəhərlər, rayonlar abadlaşır, Şərq və Qərb ölkələrini birləşdirən enerji və nəqliyyat dəhlizləri yaradılır. İqtisadiyyat, mədəniyyət və idman sahələrində heyrətamiz nailiyyətlər Azərbaycanı mühüm ölkələr sırasına çıxarmışdır. Burada dünya, Avropa və beynəlxalq səviyyəli tədbirlər, forumlar, festivallar, idman yarışları keçirilir.

Siz bir sıra istiqamətlərdə yeni ideyaları reallaşdırmaqla Azərbaycanın həyatını, xalqın dünyagörüşünü modernləşdirir, ölkədə memarlıq, şəhərsalma, təhsil, təbabət və digər sahələrdə Avropa və dünya səviyyəli yeniliklər tətbiq edir, insanların rifahını yaxşılaşdırırsınız. Bunu bütün dünya birliyi etiraf edir.

Buna görə də dünyanın nüfuzlu çoxsaylı şirkətləri Azərbaycana gəlir, ölkə iqtisadiyyatının inkişafına böyük sərmayələr qoyurlar. Bu, Sizə böyük etimadın parlaq nümunəsidir.

Sizin ardıcıl, uzaqgörən və müstəqil siyasətiniz sayəsində Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Bu, Sizin ölkənizin dünyada əsas dövlətlərdən biri kimi tanınmasına parlaq sübutdur.

Zati-aliləri, bizim "World Fashion Brands & Merchandising Group/World Fashion Organization" şirkəti də ölkənizlə sıx əməkdaşlıq etməyə, moda və ticarət sahəsində yeni ideyaları, müasir baxışları və son nailiyyətləri Azərbaycana gətirməyə, Sizin Azərbaycanı modernləşdirmək siyasətinizin iştirakçısı olmağa hazırdır.

Cənab Prezident, seçkilərdə inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənin inkişafı naminə ardıcıl siyasətinizdə böyük uğurlar arzulayır, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə gözəl həyat, firavanlıq, sülh və tərəqqi diləyirik.

Dərin hörmətlə,

 

 

 

Devid Lİ,

Oksford Universitetinin elmlər doktoru, "World Fashion Brands & Merchandising Group/World Fashion Organization (WFO)" şirkətinin sədri - baş icraçı direktoru

 

 

Vladimir ZAPLATİNSKİ,

iqtisadiyyat doktoru, "World Fashion Brands & Merchandising Group/World Fashion

Organization (WFO)" şirkətinin sədr müavini

Azərbaycan.-2013.-  6 noyabr.- S.1.