Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi "Palmali" Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu şəksiz qələbə bütün Azərbaycan xalqının qələbəsidir.

Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının qələbəsidir. Bu, qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir.

Bu böyük qələbə ulu öndər Heydər Əliyev fəlsəfəsinin təntənəsidir.

Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, "Palmali"də çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq.

Güclüfiravan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

 

 

Mübariz MƏNSİMOV,

"Palmali" Şirkətlər Qrupunun sədri

Azərbaycan.-2013.-  6 noyabr.- S.1.