Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi və xalqınızı Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzi adından səmimi-qəlbdən təbrik edirəm.

Bütün dünya islam dininin mövqelərinin möhkəmlənməsi, Azərbaycanın çiçəklənməsi üçün Sizin həqiqətən böyük işlər gördüyünüzü bilir. Müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində Sizin seçkilərdə parlaq qələbəniz Vətən naminə əməyinizə verilən layiqli qiymət oldu. Mərhəmətli Tanrıdan Sizə ən böyük nemətlər diləyirəm.

İmanınız kamil olsun, Böyük Yaradan nəcib məqsədlərinizin həyata keçməsində Sizə kömək etsin.

Sizə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

 

İsmayıl BERDİYEV,

Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Ruhani İdarəsi Rəyasət Heyətinin sədri

Azərbaycan.-2013.-  6 noyabr.- S.2.