Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycan xalqının və onun ABŞ kimi müttəfiqlərinin də qələbəsidir. Bu seçkilər Azərbaycanda demokratiyanın inkişafının növbəti mühüm mərhələsi olmuşdur.

ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərirlər. Biz Azərbaycanın Birləşmiş Ştatlara sülhyaratma əməliyyatlarında və Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm dəstəyini yüksək qiymətləndiririk.

ABŞ və Azərbaycanı müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir.

Biz hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyirik.

Cənab Prezident, Azərbaycanın dostları olaraq, Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

 

Rida T.R.KABANİLLA,

ABŞ-ın Havay ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  7 noyabr.- S. 1.