Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Sloveniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkənizin yüksək inkişafının şahidi olduq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunuq. Əminik ki, bu inkişaf xalqlarımızın rifahı naminə Sizin hakimiyyətinizin növbəti dövründə də güclənərək yeni sahələri əhatə edəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir və ən səmimi ehtiramlarımı çatdırıram.

Hörmətlə,

 

 

Stanko STEPIŞNIK,

Sloveniyanın iqtisadi inkişaftexnologiyalar naziri

Azərbaycan.-2013.-  8 noyabr.- S. 1.