Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Sizin Prezidentliyinizin növbəti dönəmində də Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daha da möhkəmlənəcək, dili, dini, adət-ənənələri bir olan xalqlarımızın rifahı yüksələcəkdir.

Mərhəmətli Allahdan Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.

Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 

Əli Naci TUNCER,

Türkiyə Böyük Millət Məclisinin Trabzondan millət vəkili

Azərbaycan.-2013.-  8 noyabr.- S. 1.