Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Avropa Azərbaycanlıları Konqresi Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.

Məhz bu seçkilərin nəticəsi qarşıdan gələn beş ildə Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında siyasətini, iqtisadi strategiyasını, sosial inkişafını, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcəkdir. Ölkəmizdə gedən müsbət proseslər təbii ki, Azərbaycan diasporunun da həyat və fəaliyyətində, ruh və mənəviyyatında əks olunacaqdır.

Azərbaycan Respublikası ötən on il ərzində Sizin rəhbərliyiniz ilə bütün sahələrdə həqiqətən böyük inkişaf yolu qət etmişdir.  Bu inkişafın bəhrəsi bizlər - Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Azərbaycan gənc, müstəqil dövlət olaraq ildən-ilə siyasi cəhətdən sabitləşmiş, dünya iqtisadiyyatında mövqeyi güclənmiş, ölkədə həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Eyni zamanda, təhsil və mədəniyyət, idmanturizm, ətraf mühitin mühafizəsi sahələrində də böyük irəliləyişlər əldə edilmişdir. Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirərək Avropa məkanına inteqrasiyanın mühüm mərhələlərini uğurla keçmişdir.

Bu müvəffəqiyyətlər sözsüz ki, şəxsən Sizin, cənab Prezident, böyük səyiniz nəticəsində əldə edilmişdir. Zati-aliləri, Siz qloballaşma dövründə, Cənubi Qafqaz regionundakı mürəkkəb siyasi şəraitdə Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Azərbaycanı düşünülmüş inkişaf yolu ilə daim irəliyə aparmısınız.

Məhz Sizin rəhbərliyiniz ilə diaspor quruculuğu, azərbaycançılıq ideyası uğurla inkişaf etmişgeniş vüsət almışdır.

Hörmətli Prezident, Sizi bir daha tarixi qələbəniz münasibətilə təbrik edir, Azərbaycanımızın parlaq gələcəyi, Avropa məkanına sürətli inteqrasiyası naminə apardığınız siyasətdə müvəffəqiyyətlər arzu edirik. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

 

 

Samira PATZER-İSMAİLOVA,

Avropa Azərbaycanlıları Konqresinin prezidenti

Azərbaycan.-2013.-  8 noyabr.- S. 1.