Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanı

bir daha dünyada dialoq məkanı kimi tanıtdı

 

 Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi etdi. Oktyabrın 31-i noyabrın 1-i tarixlərində dünyanın 70 ölkəsindən gələn 800 nəfərin iştirakı ilə Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu keçirildi.

Forumun açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söylədi. Dövlət başçısı bildirdi ki, Azərbaycanda humanitar əməkdaşlığa bütün dövrlərdə böyük diqqət göstərilib bu forum gözəl bir ənənəyə çevrilib. Ölkəmizdə bu sahədə artıq gözəl təcrübə toplanıb. Prezident eyni zamanda qeyd etdi ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir: "Artıq tarixi keçmişimiz bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, bu gün Bakıda siyasi, iqtisadi, enerji məsələləri ilə yanaşı, humanitar məsələlər yüksək səviyyədə müzakirə edilir. Azərbaycanda son illər ərzində müxtəlif mövzularla bağlı mötəbər beynəlxalq tədbirlər, sammitlər, konfranslar keçirilir Bakı bir növ beynəlxalq əməkdaşlığın mərkəzlərindən birinə çevrilib.

Forumun təşkili, aparılan müzakirələr digər məsələlərlə bağlı fikirlərini bölüşən siyasətçilər, politoloqlar da birmənalı düşünürlər.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirdi ki, Azərbaycanda beynəlxalq toplantıların, forumların baş tutması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu onu deməyə əsas verir ki, hazırda Azərbaycan regionda deyil, dünyada söz sahibinə çevrilib. Artıq Bakı aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Onun sözlərinə görə, forumda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onların arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları digər şəxslər var: "Prezident İlham Əliyev öz nitqində xüsusi olaraq vurğulayıb ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi, yəqin ki, təbiidir. Çünki Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə dözümlülük, tolerantlıq hökm sürüb. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu  möhkəm təməl üzərində qurur".

Milli Məclisin deputatı hesab edir ki, həqiqətən, XXI əsrdə multikulturalizmə alternativ yoxdur. XXI əsrdə ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamafobiya kimi xoşagəlməz meyillərə biganə yanaşmaq olmaz: "Azərbaycanda tolerantlığın tarixi qədim dövrlərə gedib çıxır bunun əsas səbəblərindən biri ölkəmizin "Böyük İpək Yolu"nun üzərində yerləşməsidir. Azərbaycanda tolerantlığın qədim tarixə malik olmasının digər başlıca səbəbi ölkəmizin ərazisində müxtəlif dinlərin dini təriqətlərin təşəkkül tapmasıdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ərazisində müxtəlif dinlərə dini təriqətlərə məxsus insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar". Mübariz Qurbanlının fikrincə, Azərbaycan belə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə dünya mədəniyyətinə, iqtisadiyyatına inteqrasiya edir.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, ölkəmizdə keçirilən beynəlxalq forumlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, bu cür forumlar ölkələr arasında mədəni əlaqələrin qurulmasında, münasibətlərin yaranmasında xüsusi rola malikdir ki, bu da müstəqil dövlətlər üçün böyük önəm daşıyır. Eyni zamanda, bu cür forumlarda imzalanan sənədlər ölkə üçün mühümdür: "Ümumiyyətlə, mən ölkəmizdə keçirilən bu cür forumları yüksək qiymətləndirirəm.  Düşünürəm ki, Azərbaycanda keçirilən bütün forumlar ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Orada gündəmdə olan məsələlər müzakirə olunur ki, bu halı müsbət qiymətləndirirəm. Bu cür forumlar ölkələrin iqtisadi vəziyyətini müzakirə edib onun dünyaya çatdırılması üçün əhəmiyyətlidir".

Deputatın fikrincə, bu gün yüksələn xətlə inkişaf edən Azərbaycanda forumların, konfransların keçirilməsinin digər bir müsbət cəhəti odur ki, bu inkişafı dünyanın müxtəlif regionlarından gələn insanlar görür bu, dövlətimiz üçün siyasi dividendlər gətirir. Üçüncü Bakı Humanitar Forumunda müxtəlif aspektli məsələlər müzakirəyə çıxarıldı. Bu mövzular isə forumun əhəmiyyətini daha da artırmış oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov isə bildirdi ki, Bakıda baş tutan humanitar forum, orada müzakirə olunan mövzular Azərbaycanı dünyada bir dialoq məkanı kimi tanıtdı: "70-dən çox ölkədən 800 nəfər bu iştirakçılar sırasında keçmiş prezidentlər, Nobel mükafatçıları dünyada ictimai rəyi formalaşdıran insanların iştirakı bu forumun Azərbaycan, eyni zamanda, dünya üçün kifayət qədər əhəmiyyətli olduğunu göstərir".

Fərhad Məmmədov dövlət başçısının "multikulturalizm Azərbaycanda dövlət siyasətidir, eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir" fikirlərini dəyərləndirib. Onun sözlərinə görə, multikulturalizm ilk növbədə fərqli mədəniyyətlərin, etnik qrupların birgə yaşam formuludur. Bu, azərbaycançılıq idealogiyasının əsasını təşkil edən, identlikliyin formalaşmasıdır. Multikulturalizm bugünkü həyatımızın reallığıdır. Müasir dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Dövlət üçün hər bir vətəndaş, genindən, etnik qrupunun mənsubluğundan, irqindən asılı olmayaraq əzizdir tam hüquqlu olan bir vətəndaşdır. Bir sözlə, multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir.

SAM-in direktoru vurğuladı ki, Azərbaycan belə forumlar keçirməklə dünyada gedən proseslərə biganə qalmadığını göstərir. Bu gün Azərbaycan nəinki regionda, həm də qlobal müstəvidə də kifayət qədər fəaldır: "Azərbaycan dünyada bir neçə məsələ ilə tanınır. Bunlar Dağlıq Qarabağ münaqişəsi, enerji siyasəti, inkişaf edən iqtisadiyyattolerant cəmiyyətdir. Bakıda hər ay demək olar ki, beynəlxalq konfranslar, biznes forumlar təşkil olunur. Azərbaycanın artan nüfuzu, sürətli iqtisadi inkişafı bir çox böyük dövlətləri maraqlandırmağa başlayır. Artıq iqtisadiyyatın, informasiya texnologiyalarının inkişafının Azərbaycan modelindən istifadə edən ölkələr də var".

Bəli, artıq Bakı 3-cü dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi etdi. Üç il ərzində Bakı müxtəlif sivilizasiyaları, müxtəlif millətləri təmsil edən, dünya haqqında müxtəlif təsəvvürlərə malik olan insanlar üçün mühüm görüş yerinə çevrildi.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.3.