Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının Sizə, ötən illərdə ölkənizin tərəqqisi və çiçəklənməsində qətiyyətli və müdrik siyasətinizə böyük etimadının bariz göstəricisidir.

Şri-Lanka ilə Azərbaycan səmimi dostluğa və yaxın əməkdaşlığa malikdir. Əminəm ki, Zati-alinizin prezidentliyinin yeni dövründə Sizinlə birgə səylərimiz bu əlaqələri daha da gücləndirəcəkdir.

Zati-aliləri, xahiş edirəm, Sizə uğurlar, möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə davamlı inkişaf və əmin-amanlıq arzularımı qəbul edin.

Hörmətlə,

 

 

Mahinda RACAPAKSA,

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  9 noyabr.- S.1.