Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Seçkilərdə qazandığınız inamlı qələbə Azərbaycanda demokratiyanın inkişafında yeni mərhələ və Sizin güclü rəhbərliyinizin göstəricisidir.

ABŞ ilə Azərbaycan Respublikası arasında ümumi maraqlara və məqsədlərə söykənən dinamik tərəfdaşlıq mövcuddur. Biz, terrorizmə qarşı mübarizədə, tolerantlığın inkişafında birgə səylər göstərmişik. ABŞ regional əmin-amanlıq və təhlükəsizliyin inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bir amerikalı kimi mən ölkənizin ABŞ-ın Əfqanıstan, İraqKosovoda apardığı sülhməramlı əməliyyatlara verdiyi töhfələrə görə minnətdaram.

Bu yaxınlarda Azərbaycana səfər etmək, yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılanmaq şərəfinə nail olmuşam. Azərbaycanın görməli yerlərinə baş çəkməkdən, ölkənizin qədim tarixi mədəni irsi ilə tanış olmaqdan çox məmnunam.

Cənab Prezident, zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ölkənizi irəliyə doğru aparmaqda Sizə uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

 

Coli L.YUSTUS,

ABŞ-ın Missuri ştatı Senatının üzvü

Azərbaycan.-2013.-  9 noyabr.- S.1.