Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ölkənizin nailiyyətləri, xüsusilə yoxsulluq səviyyəsinin azalması, ümumi daxili məhsulun üç dəfə artması, ekolojiinfrastruktur layihələrinin həyata keçirilməsi Sizin müdrik rəhbərliyinizin və gələcəyə istiqamətlənmiş siyasətinizin sübutudur. Bu yaxınlarda Bakıya səfərim zamanı şəhərinizin gözəlliyinin və Azərbaycan xalqının mehribanlığının və qonaqpərvərliyinin şahidi oldum.

ABŞ və NATO-nun sülhməramlılarına marşrut imkanı yaratmaq, Əfqanıstanda Birləşmiş Ştatların hərbçiləri ilə çiyin-çiyinə xidmət edən hərbi qüvvələr göndərməklə Siz ölkələrimiz arasındakı güclü əlaqələri bir daha sübut etmisiniz. Əminəm ki, sülh və təhlükəsizliklə bağlı ümumi maraqlarımız növbəti illərdə də inkişaf edəcəkdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq bir daha Sizə və gözəl ölkənizin xalqına uğurlar arzu edirəm.

Dərin ehtiramla,

 

 

Ceri NYUTON,

ABŞ-ın Minnesota ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  9 noyabr.- S.1.