Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizin yeni dönəmində böyük uğurlar diləyirik.

Cənab Prezident, biz Azərbaycandan uzaqda yaşasaq da ürəyimiz daim Vətənimizlə birgə döyünür. Vətənin hər bir sevincinə sevinir, kədərinə şərik oluruq. Son illərdə doğma Azərbaycanımızda gedən quruculuq işləri, dövlətimizin daxilixarici siyasəti bizim qəlbimizi qürur hissi ilə doldurur. Hər zaman, hər yerdə Sizin siyasətinizi dəstəkləyir və Vətənimizin layiqli vətəndaşı olmağa çalışırıq. Sizi əmin edirik ki, uzaq məsafə qürbətdə yaşayan həmvətənlərimizin Vətən eşqini zərrə qədər də azalda bilməz.

Cənab Prezident, Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi daha böyük fəaliyyətlərə ruhlandırır. Əminəm ki, yeni dönəmdə doğma vətənimiz Azərbaycanın çiçəklənməsi, dünya dövlətləri arasında öz layiqli yerini möhkəmlətməsi, xalqın rifah halının daha da yaxşılaşması istiqamətində daha böyük uğurlar qazanacaq, doğma Qarabağımızın düşmən tapdağından azad olması üçün daha əzmlə mübarizə aparacaqsınız.

Azərbaycanımızın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Xahiş edirəm, xaricdə yaşayan azərbaycanlıların dəstəyinə inanasınız və bizə etibar edəsiniz.

Hörmətlə,

 

 

Minəvvər VAHABOVA,

Azərbaycan Amerikan Qadınlar Cəmiyyətinin prezidenti

Azərbaycan.-2013.-  9 noyabr.- S.1.