Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi adından təbrik edir, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayırıq.

Ürəkdən inanırıq ki, Sizin müdrik siyasətiniz Qafqazın parlayan ulduzu olan Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

Bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımızı ali diqqətinizə çatdırırıq.

Hörmətlə,

 

 

 

Cemal YANGIN,

Azərbaycan Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri

Azərbaycan.-2013.-  9 noyabr.- S.2.