Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı adından təbrik edir, Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə möhtəşəm fəaliyyətinizdə uğurlar diləyir, möhkəm cansağlığı arzu edirik.

Əminik ki, ulu öndər Heydər Əliyevin memarı olduğu və yaratdığı müasir müstəqil Azərbaycan Respublikası Sizin müdrik siyasətiniz sayəsində regionda liderliyini daim qoruyub saxlayacaqdır.

Sizin dünyanın harasında olursa-olsun, bütün azərbaycanlılara, xüsusən də gənclərə qayğınızı həm idmanda, həm siyasətdə, həm də iqtisadiyyatda görürbundan qürur hissi duyuruq. İnanırıq ki, gündən-günə gözəlləşən, böyüyən, inkişaf edən Azərbaycan Respublikası Sizin sayənizdə nəinki regionda, eləcə də dünyada aparıcı dövlətlərdən birinə çevriləcəkdir.

Dərin hörmətlə,

 

 

Leyla MƏMMƏDOVA,

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri

Azərbaycan.-2013.-  9 noyabr.- S.2.