Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Danimarkada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirəm.

Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, vətənimiz Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı möhtəşəm uğurlara ürəkdən sevinirik. Sizin uğurlu və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı yüksəlmiş, vətənimiz tərəqqi etmiş, beynəlxalq aləmdə nüfuzu artmışdır. Biz Sizin siyasətinizi dəstəkləyir, Azərbaycanın haqq işinin dünyada tanıdılması istiqamətində bundan sonra da səylə çalışacağımızı ali diqqətinizə çatdırırıq.

Zati-aliləri! Sizə möhkəm cansağlığı, şərəfli və məsul işinizdə uğurlar diləyir, doğma Azərbaycanımızın daha da çiçəklənməsini arzu edirik.

Hörmətlə,

 

 Səfər SADİQİ,

Danimarkadakı "Vətən" Cəmiyyətinin sədri

Azərbaycan.-2013.-  9 noyabr.- S.2.