Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Finlandiyada yaşayan Azərbaycan diasporunun bütün nümayəndələri adından təbrik edirəm. Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Son on ildə Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sürətli inkişaf yolu keçərək bölgənin lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə söznüfuz sahibi olmuşdur. Xarici ölkələrdə yaşayan biz azərbaycanlılar bu uğurlardan qürur duyur, Vətənimizin inkişafı naminə gördüyünüz işlərlə fəxr edirik.

Cənab Prezident! Vətənimizin dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun artması, Avropanın enerji təhlükəsizliyində liderliyi Azərbaycan diasporunun mövqeyini möhkəmləndirir, bizi daha fəal olmağa ruhlandırır.

Fürsətdən istifadə edərək Sizə bir daha ən xoş arzularımı çatdırır, prezidentliyinizin növbəti dönəmində də böyük uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

 

Təranə NƏZƏROVA,

Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Azərbaycan.-2013.-  9 noyabr.- S.2.