Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti və Almaniyanın "Access Microfinance Holding AG" şirkətinin rəhbərliyi və işçi heyəti adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə böyük iqtisadi inkişafa nail olmuş və ölkə həyatının müxtəlif sahələrində sanballı irəliləyişlər baş vermişdir.

Güclü iqtisadi dinamika, həmçinin "AccessBank"ın öz missiyasını həyata keçirməsinə də böyük töhfə vermişdir. Bank, xüsusən, ölkənin regionlarında və kənd ərazilərində mikro, kiçikorta müəssisələrin maliyyələşdirilməsi sahəsində öz fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyə nail olmuşdur.

Sizə möhkəm cansağlığı, növbəti prezidentliyiniz müddətində fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

 

 

Mixael HOFFMANN,

"AccessBank" QSC-nin sədri,

 Tomas ENGELHARDT,

"Access Microfinance Holding AG" şirkətinin rəhbəri

 

Azərbaycan.-2013.-  9 noyabr.- S.2.