Aydın Qurbanov Xeyriyyə Fondu Zirə qəsəbəsində Cümə məscidi tikəcəkdir

 

Aydın Qurbanov Xeyriyyə Fondu Zirə qəsəbəsində Cümə məscidi tikəcəkdir. Bu barədə AzərTAc-a Aydın Qurbanov Xeyriyyə Fondunun rəhbəri Səməd Qurbanov məlumat vermişdir.

Səməd Qurbanov demişdir: "Az adama məlumdur ki, mənim atam Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsinin bərpası işləri başa çatdırılandan dərhal sonra Azərbaycan ərazisində məscid tikintisinə başlamağı planlaşdırırdı. Təəssüf ki, xəstəlik onun bu niyyətini həyata keçirməsinə imkan vermədi. Bu gün Aydın Qurbanov Fondu Zirə qəsəbəsində Cümə məscidi tikməyi qərara almışdır. Mənim fikrimcə, bu cür tədbirlər sayəsində atamın xeyirxah işləri bu gündavam edəcəkdir".

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.-  9 noyabr.- S.5.