Beynəlxalq teatr festivalı

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrının dəstəyi ilə Bakıda "Cırtdan" II Beynəlxalq Kukla Teatrı festivalı keçirilir. Festivalda Azərbaycan, Türkiyə, Böyük Britaniya, Macarıstan, İtaliya, Xorvatiya, İsveçrə, Tatarıstan, Bolqarıstan və Yaponiyanın kukla teatrları iştirak edirlər. Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində nümayiş olunur. Beynəlxalq teatr festivalı Dövlət Kukla Teatrında K.Kollodinin "Pinokkionun sərgüzəştləri", Rus Dram Teatrında isə İtaliya aktyorları tərəfindən "Yuxuda" tamaşası ilə start götürdü.

Beynəlxalq teatr festivalı noyabrın 16-dək davam edəcək.

 

Azərbaycan.-2013.-  9 noyabr.- S.11.