Ankaranın «Esenboğa» hava limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham

 Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa" hava limanında Prezident İlham Əliyevi  və xanımı Mehriban Əliyevanı qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim edildi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 13 noyabr.- S.1.