Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüş

 

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı. İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edildi, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulandı.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirildi. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edildi. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulandı.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 13 noyabr.- S.4.