Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirildi

 

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalendanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilmişdir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, tikinti, konsaltinq, maliyyə, İKT, energetika, infrastruktur, memarlıq, dizayn, hidroenergetika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın şirkətin nümayəndəsi iştirak etmişdir.

İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək, Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkənin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, bu münasibətlərin hörmətdostluq, qarşılıqlı maraq prinsiplərinə əsaslandığını bildirmişdir. Nazir müavini Azərbaycan ilə İtaliya arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırmışdır.

N.Səfərov biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etmiş, bugünkü tədbirin də adamları arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini demişdir.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir müavini ölkəmizin siyasimakroiqtisadi cəhətdən sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu vurğulamışdır.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, adamları arasında birbaşa təmasları İtaliya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırmışdır.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo  çıxışlarında hər iki ölkənin əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu, dostluq zəminində qurulan Azərbaycan-İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulamış, qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliklərini ifadə etmişlər.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və İtaliya Müəssisələrinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatının (İCE) prezidenti Riccardo Maria Monti hər iki ölkənin biznesinvestisiya mühiti barədə təqdimatlarla çıxış etmişlər.

Biznes forumda AZPROMO ilə İCE arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır.

Forum çərçivəsində, həmçinin "İnfrastrukturtikinti", "Neftqaz" mövzularında seminarlar təşkil olunmuşdur. Seminarlarda Ekologiya və Təbilli Sərvətlər, Səhiyyə, Nəqliyyat, Energetika nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Metropoliteninin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Şahdəniz" konsorsiumunun nümayəndələrinin təqdimatları dinlənilmişdir.

Tədbirdə adamları arasında ikitərəfli görüşlər də təşkil edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 14 noyabr.- S.7.