Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident, dəyərli qardaşım!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edirəm.

Azərbaycan Respublikasının Prezidenti olaraq Kipr məsələsində göstərdiyiniz həssaslığa və Şimali Kiprə verdiyiniz dəyərli dəstəyə görə təşəkkürlərimi çatdırır, Zati-alinizə, hökumətinizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına sevgi və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

Dərviş ƏROĞLU,

Şimali Kipr xalqının lideri

Azərbaycan.-2013.-  15 noyabr.- S.2.