Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Andris Berzinşə

 

Hörmətli cənab Prezident!

Əziz Dostum!

Ölkənizin milli bayramı münasibətilə Sizə bütün xalqınıza Azərbaycan xalqı adından şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Azərbaycan ilə Latviyanı ənənəvi dostluq əməkdaşlıq münasibətləri birləşdirir. Hazırda ikitərəfli münasibətlərimiz bu xoş ənənələr əsasında inkişaf edərək yeni məzmun kəsb etmişdir.

İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti                                     

Bakı, 15 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 17 noyabr.- S.1.