Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Kolumbiya xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən şərəf duyuram.

Zati-aliləri, bildirmək istəyirəm ki, Kolumbiya dövləti Azərbaycan dövləti ilə ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və birgə fəaliyyətin genişləndirilməsi işinə sadiqdir. Azərbaycanın Kolumbiyada diplomatik missiyasının açılmasından çox məmnun olardım.

Fürsətdən istifadə edərək, zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

 

 

Xuan Manuel SANTOS,

Kolumbiya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  17 noyabr.- S. 3.