Kiyevin Borispol hava limanında qarşılanma

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim etdilər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 noyabr.- S.1.