Ölkə iqtisadiyyatına investisiya qoyuluşları genişlənir

 

İnvestisiya qoyuluşları hər bir sahənin, eləcə də ümumilikdə ölkənin davamlı və dinamik inkişafının zəruri şərtlərindən biridir. Başqa sözlə desək, lazımi investisiya qoyuluşları, maliyyə təminatı olmadan  heç bir sahədə uzunmüddətli fəaliyyəti və dinamik inkişafı təmin etmək mümkün deyildir. Bu mənada, investisiya mühiti, investisiya cəlbediciliyi, investisiya iqlimis. kimi məsələlər bütün ölkələrdə normal həyat və fəaliyyətin mühüm amilləri kimi qəbul edilir. Şübhəsiz ki, investisiya mühitiiqlimi əlverişli olmadıqda investisiya cəlbediciliyi aşağı olur ki, bu da inkişafı əngəlləyən bir göstəricidir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, özəl təsərrüfat subyektlərinin aparıcı rol oynadığı bazar münasibətləri şəraitində ölkənin dinamik və tarazlı tərəqqisinin, mövcud təbii-iqtisadi resurs ehtiyatlarından tam və səmərəli istifadənin ən sadə və qısa yolu əlverişli investisiya mühitiniiqlimini formalaşdırmaqdan keçir.

Bu zərurəti dəqiqliklə qiymətləndirən Azərbaycan hökumətinin işində də ölkədə fəaliyyət mühitinin yaxşılaşdırılması, özəl təsərrüfat subyektlərinin dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, investisiya cəlbediciliyinin yüksəldilməsi və s. kimi məsələlər daim prioritetlik kəsb etmişdir. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar, eləcə də verilmiş tapşırıqların, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə birbaşa nəzarətin təmin olunması Azərbaycan Respublikasını dünyanın ən əlverişli sahibkarlıq məkanına, yüksək investisiya cəlbediciliyinə və təbii-iqtisadi resurs ehtiyatlarına malik strateji bir ölkəyə çevirmişdir. Bütün bunları Nazirlər Kabinetinin ölkə başçısının rəhbərliyi ilə 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənən fikirlər də bir daha sübut edir. Prezident İlham Əliyev ölkəyə xarici investisiyaların cəlb edilməsi ilə bağlı demişdir: "İnvestisiyaların cəlb edilməsi prosesi gedir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir. Xarici investisiyaların cəlb edilməsi nəticəsində biz 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bilmişik. Bu gün isə xarici investorlar üçün daha da gözəl imkanlar vardır. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xarici bazara çıxışlarımız da yaradılır. Belə olan halda, xaricdən investisiyaları cəlb etmək məsələləri gələcəkdə də prioritet olaraq qalacaqdır. Baxmayaraq ki, hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyilinvestisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapmışdır. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 10,5 milyardı daxili investisiyalardır, 7,2 milyardı isə xarici investorların vəsaitidir. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu tempi ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir, ancaq bir il ərzində. Nəzərə alsaq ki, keçən il təqribən 20 milyard, ondan əvvəlki ildə də 20 milyarda yaxın investisiya qoyulmuşdur, təsəvvür etmək çətin deyil ki, bu, ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan məsələdir".

Əlbəttə, bütün bunların əsası cənab İlham Əliyevin ilk Prezidentlik dövründə qoyulmuşdur. Məhz 2003-cü ildən etibarən reallaşdırılan daxilixarici siyasət nəticəsində Azərbaycan xarici investisiyalardan asılılığı geridə qoymuş və xaricə investisiya qoyan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya olunan, dünyada cərəyan edən iqtisadi proseslərdə özünəməxsus yerimövqeyi olan, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir.

Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerliregional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını bölgələrdə güclü insan potensialının olduğunuiqtisadi potensialın da yaradılacağını bəyan edərək regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərindən biri kimi müəyyənləşdirmişdi. Məhz bunun nəticəsidir ki, yalnız 2003-2008-ci illər ərzində ölkə başçısı regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, o cümlədən

6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə tanış olmuş, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir.

 Bütün dövrlərdə isə sahibkarlığın inkişafı dövlət tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Hələ 2006-cı il oktyabrın 21-də 9 ayın yekunlarına dair müşavirədə cənab İlham Əliyevin səsləndirdiyi bir fikri xatırlatmaq yerinə düşərdi: "Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və adamlarını dəstəkləyirəm". Yeri gəlmişkən, ölkə rəhbəri fəaliyyətinin ilk dövrlərindən başlayaraq özəl sektorun inkişafına mane olan amillərin müəyyənləşdirilməsi və sahibkarların qarşılaşdığı problemlərin həlli məqsədilə adamları ilə vaxtaşırı görüşlər keçirmişmühüm qərarlar vermişdir. Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanda biznesin inkişafına dövlət qayğısının artırılmasını həmişə diqqət mərkəzində saxlayacaq, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində bütün zəruri tədbirlərin görülməsinə şəxsən özü nəzarət edəcəkdir. Məhz 21 oktyabr 2006-cı ildə keçirilən müşavirədə "Biz sahibkarları qorumalıyıq. Məni eşidən bütün icra hakimiyyəti orqanlarının nümayəndələri də bilməlidir ki, bu sahədə ciddi dönüş yaranmalıdır" söyləyən dövlət başçısının fasiləsiz diqqət və qayğısının nəticəsidir ki, son illər ölkə iqtisadiyyatında, həmçinin regionların həyatında mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti yaradılmışdır. Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmış, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir ki, bunun da 87 faizi, məhz regionların payına düşür. Regional inkişaf proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilmişdir. Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində 2003-2008-ci illər ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft sektoru məhsullarının ixracı 2,2 dəfə artmış, yoxsulluğun səviyyəsi son 10 ildə 49 faizdən 13,2 faizə enmişdir. Təsadüfi deyil ki, aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş və 2008-ci ildə Dünya Bankı Azərbaycanı ən islahatçı ölkə elan etmişdir.

15 oktyabr 2012-ci ildə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin doqquz ili tamam oldu. Əlbəttə, doqquz il vaxt göstəricisi kimi çox qısa bir zaman kəsimidir, amma bu illər ərzində əldə edilən nailiyyətləri analiz etdikdə son doqquz ili, ən azı 9 əsrə bərabər hesab etmək olar. İlk baxışdan istər siyasi arenada, istərsə də sosial-iqtisadi göstəricilərdə təmin edilmiş dinamikliyə, insanların yaşayış şəraitinin yüksəldilməsinə, ölkədə demokratik mühitindinamik inkişaf tempinin əldə edilməsinə və s. yalnız əsrlərlə müddət lazım olduğunu düşünürsən. Amma cənab İlham Əliyevin qətiyyətli, düşünülmüş və məqsədyönlü siyasi addımları respublikada mövcud təbii-iqtisadi resurslardan düzgün və səmərəli istifadəni təmin etməklə qısa müddətdə ölkəmizi regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə və ən əsası öz sərvətlərinin şəriksiz sahibinə çevirdi. Bütün bunları isə həm də silsiləvi iqtisadi uğurlar tamamladı. Belə ki, yalnız 2003-2010-cu illərdə ÜDM real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Eyni zamanda, adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin göstəricisi ilə (872,7 manat) müqayisədə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ilə 4653,3 manat təşkil etmişdir. Bu müddət ərzində, ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalmış, son 7 ildə əhali gəlirlərinin artımının (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlaması nəticəsində əhalinin gəlirləri real ifadədə 2,3 dəfə artmışdır.

Bütün bunların beynəlxalq təşkilatlar tərəfindən dəqiqliklə qiymətləndirilməsi və Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanın "Doing Business" proqramında (2008-ci il) bir nömrəli islahatçı ölkə kimi tanınması,  dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastruktur təminatının və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci, MDB ölkələri arasında isə birinci yerə yüksəlməsi onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli, sabitdinamikdir. Məlumat üçün qeyd edək ki, adıçəkilən hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu isə təbii ki, ölkəmizdə aparılan islahatların, düşünülmüş siyasət və atılan düzgün addımların real nəticəsidir və cənab İlham Əliyevin yeddiillik hakimiyyətinin çoxsaylı uğurlarının real nümunəsidir. Onu da xatırladaq ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011-ci illər hesabatında" 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə, ölkəmiz MDB məkanında liderliyini qorumuş, postsovet məkanında isə yalnız Estoniya (33) və Litvaya (47) güzəştə getmişdir. Azərbaycan makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır. Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Doing Business 2011: Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, Azərbaycan sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutmuşdur.

Təbii ki, ümumi iqtisadi inkişaf ayrı-ayrı sahələrin tərəqqisi əsasında əldə edilir. Belə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən və ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək olan (2010-cu ildə 52,5 faiz) sənaye sahəsində 2003-2011-ci illər ərzində davamlı inkişaf müşahidə olunmuş məhsul istehsalının real artımı orta hesabla 14,7 faizə çatmışdır. Neftqaz hasilatı üzrə ölkəmizdə qazanılmış tarixi rekord nəticələr hər il təzələnməkdədir. Belə ki, Azərbaycanda neft hasilatı tarixində ən yüksək göstərici 1941-ci ilə (23,5 milyon ton), qaz hasilatında isə 1982-ci ilə (14,9 milyard kubmetr) təsadüf etmişdirsə, 2007-ci ildə hasil edilmiş neftin həcmi 42,6 milyon ton, təbii qazın həcmi 16,9 milyard kubmetr, 2008-ci ildə müvafiq olaraq 44,5 milyon ton və 23,4 milyard kubmetr, 2009-cu ildə 50,4 milyon ton və 23,6 milyard kubmetr, 2010-cu ildə bu rəqəmlər 50,8 milyon ton və 26,3 milyard kubmetrə çatmışdır. Bu illər ərzində "Azəri" və dərinsulu "Günəşli" yataqlarından neftin, "Şahdəniz" yatağından qazın hasilatına başlanmışdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) tikintisi tamamlanmış və kəmərlər istismara verilmişdir.

Bütün bunlarla yanaşı, 2010-cu ildə yeni "Ümid" qaz yatağı kəşf edilmişdir. Yatağın təxminən 200-250 milyard kubmetr qaz ehtiyatına malik olduğu ehtimal edilir. Yataqdan qazla bərabər 30-40 milyon ton qaz kondensatı da hasil edilməsi gözlənilir. Ümumiyyətlə, ölkənin qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çoxdur. Qaz hasilatında yaranmış belə uğurlu vəziyyət ölkənin təbii qazla tam təmin edilməsi və hətta qazın bir hissəsinin ixrac edilməsi üçün ölkəmizə əlverişli imkan verir. Məhz bunların əsasında Azərbaycan Respublikasının əsas inkişaf strategiyasına uyğun olaraq, son illər iqtisadiyyatı ən çox gücləndirən amil olan enerji təhlükəsizliyi təmin edilmişdir. O cümlədən "Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na uyğun olaraq, ölkədə müasir və səmərəli elektrik stansiyalarının, yüksəkgərginlikli elektrik xətlərinin və yarımstansiyaların tikintisi, paylayıcı şəbəkə təsərrüfatında əsaslı islahatlartexniki yenidənqurma işləri üzrə layihələr həyata keçirilmişdir.

Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni yerləri açmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensialayerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Dövlət proqramları təsdiq etmişdir. Proqramların uğurla icrası nəticəsində 500-dək müəssisə və obyekt istifadəyə verilmişya təməli qoyulmuşdur.  Sumqayıt şəhərində, Quba, Şəki, AstaraXaçmaz rayonlarında elektrik stansiyaları, Gəncədə "Kəpəz" markalı avtokran, "Belarus" tipli traktor və "Maz" tipli ağırtonnajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmişlidə şəkər zavodu, Şamaxıda müasir standartlara cavab verən televizorlar, kondisionerlər istehsal edən zavod, Naxçıvanda "Lifan" markalı minik avtomobilləri hazırlayan avtomobil zavodu, müxtəlif regionlarda asfalt-beton zavodları, Abşeron rayonunda duz zavodu, Lənkəran rayonunda yağ-süd, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod və Gədəbəy rayonunda qızıl-mis emalı zavodus. yüzlərlə yeni sənaye müəssisəsi yaradılmış və məhsul növlərinin çeşidi xeyli artmışdır. Nəticədə, regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyən uğurlar əldə edilmişdir.

Son illər sürətlə inkişaf edən sahələrdən biriaqrar sektordur. Bu, həm regionların sosial-iqtisadi inkişafında, həm regionlarda məşğulluğun təmin olunmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının Sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin təqribən 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, ASC tərəfindən kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlığın lizinqlə verilməsi, ödəmə müddətinin 5 ildən 10 ilə qədər artırılması, buğda istehsalçılarına əkilən hər hektar sahəyə görə 40 manat miqdarında yardım verilməsi və s. tədbirlərin nəticəsidir ki, aqrar bölmədə bütün zəruri məhsulların istehsalı üzrə uğurlar təmin edilmişdir. Aqrar sektorun inkişafı istiqamətində atılan addımlara misal olaraq aşağıdakıları göstərə bilərik:

- kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin 50,0 faizinin dövlət tərəfindən ödənilməsi;

- buğda istehsalçılarının maddi marağının artırılması və onların stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi;

- məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kq-ya 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması;

- həmçinin 2009-cu il yanvarın 1-dən "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvədə olma müddətinin 5 il müddətinə uzadılması;

- müntəzəm olaraq kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi;

- kənd təsərrüfatı istehsalçılarına yardım etmək məqsədilə "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinn yaradılması;

- meyvə və tərəvəz məhsullarının saxlanılması üçün xüsusi anbarların tikilməsi.

 Məhz yuxarıda sadalanan tədbirlər nəticəsində 2003-2010-cu illərdə kənd təsərrüfatının ümumi məhsulu real ifadədə hər il orta hesabla 3,7 faiz artmışdır. Ərzaq təhlükəsizliyinin milli səviyyədə gücləndirilməsi baxımından qeyd etmək olar ki, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, süd, malqoyun əti, şəkər, meyvə şirələri, habelə digər əsas ərzaq məhsulları ilə Azərbaycan özünü tam təmin etmişdir.

Təbii ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət sahələrinə də təsirsiz ötüşə bilməzdi. Xüsusilə, dinamik artan yerli istehsal, sürətlə genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli coğrafi-strateji mövqeyis. səbəblərdən daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daşımaların operativ, təhlükəsiz və qısa zamanda təşkili artıq zərurətə çevrilmişdir. Eyni zamanda, ölkəmizin qoşulduğu beynəlxalq və regional layihələr Azərbaycanı zəngin tranzit potensiala malik bir ölkəyə çevirmişdir. Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidənqurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir ki, bütün bunlar da daşıma xidmətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına təsir göstərmişdir. Əldə edilən nailiyyətlər yalnız avtomobil daşımaları xidmətinə deyil, bütün nəqliyyat xidmətlərinə təsir edirdi. Məsələn, Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi məqsədilə illik layihə gücü 50 milyon ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istismara verilmişdir ki, bu da boru kəməri daşımalarını inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində aparıcı bir dövlətə çevirmişdir. Bütün bunlar isə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını şərtləndirən Heydər Əliyevin ideyalarının reallaşmasının bariz nümunələridir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neftqaz tranziti ölkəsinə çevirmişdir. Həmçinin "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı"nda yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası ilə bağlı olaraq son illərdə yol qovşaqlarının və piyada keçidlərinin inşası və yolların yenidən qurulması davam etdirilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında" sazişə müvafiq olaraq, Türkiyə və Gürcüstanın ərazilərində dəmiryolu xətlərinin inşası və yenidən qurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmiryolu əlaqəsinin yaradılması, eləcə də Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmiryolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

 

 

 

(Ardı var)

 

 

İSA ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru,

 iqtisad elmləri doktoru, professor, beynəlxalq Sokrat mükafatı laureatı

Azərbaycan.-2013.-  22 noyabr.- S. 7.