Xalq sənətinin gələcək nəsillərə ötürülməsində

 dövlət qayğısı mühüm rol oynayır

 

Bu il Zaqatala ölkəmizin folklor paytaxtıdır

 

 

Başa çatmaqda olan 2013-cü il Zaqatalanın həyatında çox əlamətdar olub. Ölkə Prezidenti İlham Əliyevin rayonumuza unudulmaz səfəri, görülən işlərlə, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin icra vəziyyəti ilə yerində tanış olması, həyata keçirilən tədbirlərin daha uğurlu davamı üçün öz xeyir-duasını, tövsiyə tapşırıqlarını verməsi, tikintisi başa çatan bir çox obyektin istifadəyə verilməsi, həmçinin digər abadlıq-quruculuq işləri bu ilin əlamətdar hadisələrindəndir.

2013-cü ilin 9 oktyabrında rayonumuzun seçiciləri mütəşəkkil qaydada prezident seçkilərində iştirak edərək cənab İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməyinə səs verdilər. Hər bir zaqatalalı yaxşı bilir ki, qazanılan uğurların davamı, ölkəmizin, rayonumuzun daha da inkişaf etməsi düzgün seçimlə bağlıdır.

2013-cü ildə zəngin folkloru, bayatı laylaları, qocaman el sənətkarları, tətbiqi sənət ustaları ilə tanınan Zaqatala respublika Mədəniyyət Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində "Azərbaycanın folklor paytaxtı" seçildi. İl başlayandan rayon mədəniyyət turizm şöbəsinin tədbirlər planına uyğun olaraq təntənəli mərasimlər, elmi-praktik konfranslar, eləcə müxtəlif tədbirlər keçirildi, əl işləri rəsm əsərlərindən ibarət sərgilər təşkil edildi.   

Bu il görülən işlər sırasında Zaqatala Tarix Mədəniyyət Qoruğunun inzibati binasının əsaslı təmirdən sonra istifadəyə verilməsini, rayon mədəniyyət turizm şöbəsinin həmin binaya köçməsini, Əliabad qəsəbə, Yuxarı Tala kənd mədəniyyət evlərində, Zaqatala şəhərindəki Dədə Qorqud meydanında, Heydər Əliyev adına mədəniyyət istirahət parkında, Qala düzü pilləkənlərində, tarix-diyarşünaslıq muzeyində, Əliabad kənd kitabxanasında digər müəssisələrdə əsaslı cari təmir işlərini qeyd etmək olar.

Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi müsabiqə festivallarda kollektivlərimiz yaradıcı gənclərimiz rayonumuzu layiqincə təmsil edirlər. XII Beynəlxalq Turizm Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri, folkloru, mətbəxi geniş təbliğ olunub.

Çexiyada keçirilən "Lidse" 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə müxtəlif əl işləri göndərilib. Xor kollektivlərinin baxış-müsabiqəsinin zona turunda rayonumuzun incəsənət məktəbinin kollektivi uğurla iştirak edib. Digər tədbirlərimiz çox olub. Yuxarı Tala, Mamrıx, Aşağı Tala, Yengiyan, Muxax kənd kitabxanalarında Azərbaycan tarixinə həsr olunmuş kitabların təqdimatı  maraqla qarşılanıb.

Bu ilin may ayında Qax şəhərində keçirilmiş "Xalı xalçaçılıq" sənəti üzrə sərgidə Suvagil Əlibayramlı kənd mədəniyyət evlərindən  Sevinc Qurbanovanın Pirdovus Mehdiyevanın təqdim etdikləri xalçalardan üçü diploma layiq görülüb, nümayiş üçün Bakı turuna seçilib, özləri fəxri fərman qiymətli hədiyyələrlə təltif olunub.

İyun ayında isə Masallı şəhərində keçirilən II Beynəlxalq Folklor festivalında rayonumuzun "Hüdülki" folklor rəqs kollektivi iştirak edib. "Hüdülki" həmçinin iyunun 26-dan iyulun 1-dək Belarus Respublikasının Bobruysk şəhərində keçirilən festivalda da uğurla çıxış edərək mükafat qazanıb.

Tədbirlər planına uyğun olaraq "Azərbaycan folkloru milli sərvətimizdir" mövzusunda dəyirmi masa keçirilib rayon folklorunun təbliğində, yaşadılmasında fəaliyyətləri ilə daha çox seçilən 15 nəfər Mədəniyyət Turizm Nazirliyinin Fəxri diplomuna layiq görülüb.

Avqustda Gənclər İdman Nazirliyinin Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Şəki-Zaqatala zonası üzrə gənclərin folklor festivalı"nda rayonumuzdan 200-ə yaxın gənc müxtəlif qruplar  üzrə yaradıcılıq imkanlarını nümayiş etdirib. Muğam, rəqs ifaları, həmçinin qədim musiqi alətlərimizdə səslənən ifalar yüksək qiymətləndirilib.

Bunlardan əlavə, Mədəniyyət Turizm Nazirliyinin mədəni irs şöbəsinin təşkilatçılığı ilə sentyabr ayında Zaqatalada "Avropa  irs günləri" keçirilib. Tədbirdə Qax, Şəki, Balakən Zaqatalanın folklor kollektivləri, yaradıcı gəncləri iştirak edib. Respublika Simfonik Orkestrinin Zaqatala şəhərinin Dədə Qorqud meydanında verdiyi konsert maraqla qarşılanıb.

Folklor ili çərçivəsində Zaqatala Olimpiya İdman Kompleksində keçirilən ümumrespublika tədbiri "Xalq sənəti, el təranələri" adlanırdı. Bu möhtəşəm bayram  tədbirində yerli kollektivlərlə yanaşı, Balakən, Qax, Masallı Şamaxı rayonlarından gəlmiş folklor rəqs kollektivləri iştirak edirdilər.

Şübhəsiz, folklor nümunələrinin üzə çıxarılmasında, qorunub gələcək nəsillərə ötürülməsində keçirilən tədbirlərin böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, 20-dək xalqın nümayəndəsinin Zaqatalada çiyin-çiyinə yaşaması mədəni irsin zənginləşməsinə, xalq sənətinin, o cümlədən hər xalqın öz folklorunun inkişafına da müsbət təsir edir.

Müxtəlif tədbirlərdə iştirak etmək üçün rayonumuza gələn qonaqlar Zaqatalanın necə dəyişdiyinin, inkişaf etdiyinin, daha müasir milli bir bölgəyə çevrildiyinin şahidi oldular. Qarşıda isə görüləsi işlərimiz çoxdur. İnanırıq ki, dövlətimizin yüksək qayğısı sayəsində nəzərdə tutduğumuz tədbirləri uğurla gerçəkləşdirəcəyik.

 

 

 

Zümrüd AĞAKİŞİYEVA,

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

Azərbaycan.-2013.-  22 noyabr.- S. 10.