Prezident İlham Əliyev Qvineyanın Azərbaycanda yeni təyin

 olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul etmişdir.

Səfir Mohamed Keyta fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Mohamed Keyta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Qvineya Respublikası arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı marağın və böyük potensialın olduğunu deyən dövlət başçısı bu əməkdaşlığın hazırda lazımi səviyyədə olmadığını vurğuladı. Prezident İlham Əliyev səfir Mohamed Keytanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin qurulacağına, imkanların araşdırılaraq yeni əməkdaşlıq formatının müəyyənləşdiriləcəyinə əminliyini ifadə etdi.

Səfir Mohamed Keyta dövlət başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, ölkəsinin Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirdi. Əməkdaşlığımızın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayan səfir Mohamed Keyta bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 23 noyabr.- S.1.