Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizinlə birlikdə Azərbaycan və Mali arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gücləndirilməsi naminə fəaliyyət göstərməyə hazır olduğumu bildirmək istəyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti vəzifənizdə uğurlar, Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Hörmətlə,

 

 

İbrahim Bubakar KEYTA

Mali Respublikasının Prezidenti

Azərbaycan.- 2013.-  26 noyabr.- S.4.