Sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin

tezliklə dinc yolla nizamlanacağına ümid bildirilmişdir

 

Şərq Tərəfdaşlığının III sammitinin yekunlarına əsasən qəbul edilmiş birgə Bəyannamədə qeyd edilir ki, münaqişələrin həlli, etimadın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi regionda iqtisadisosial inkişaf və əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir.

Bəyannamədə vurğulanır: "Sammit iştirakçıları münaqişələrin tezliklə dinc yolla tənzimlənməsi barədə bəyanata istinad edərək Avropa İttifaqının sabitliyə və çoxtərəfli etimada bundan sonra da kömək edilməsinə öz töhfəsini artırmaq niyyətini alqışlayırlar".

Sammit iştirakçıları münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə dinc yolla tənzimlənməsinin zəruri olmasını vurğulamışlar. Sənəddə deyilir: "Sammit iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünü və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində danışıqları davam etdirmək haqqında razılaşmasını alqışlayırlar.

 

 

Nigar CƏFƏRLİ,       

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

Azərbaycan.-2013.- 30 noyabr.- S.2.