İnkişafın Lənkəran reallığı

 

Lənkəran gündən-günə inkişaf edir, abadlaşır. Salınan parkxiyabanlar, ucaldılan yeni-yeni yaşayış evləri, ictimai binalar, istifadəyə verilən istehsal müəssisələri, xidmət obyektləri və s. inkişafın, tərəqqinin töhfələridir. Həqiqətən, son illər bu cənub şəhəri yaxşılığa doğru sürətlə dəyişir. Cənub mirvarisi sayılan Lənkəran keçmiş şöhrətini, necə deyərlər, artıq bərpa etmişdir. Bu gün o, qaynar həyat yaşayır, yenə əvvəlkitək qonaq-qaralıdır. Rayon sakinləri zəhmətsevər və təəssübkardırlar. Hər bir işlərində doğulub boya-başa çatdıqları yurdlarını fikirləşirlər. Bunu ata-babalarından öyrəniblər.

İqtisadiyyat inkişaf etdikcə adamların maddi rifah halı da yaxşılaşır. Son 10 ildə rayonda "Nur-süd", "Gilan-Lənkəran", "Gilan Holdinq", "Pal food", "Lənkəran-konserv" kimi müəssisələr tikilib istifadəyə verilmişdir. Onların istehsal etdiyi məhsullar alıcıların rəğbətini qazanmışdır. Bununla yanaşı, sovet dövründən qalan bir çox zavod və fabriklər də öz fəaliyyətini bərpa etmişdir. Nəticədə yeni yerləri açılmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmişdir. Ötən müddət ərzində açılmış 40 minə yaxın yeni yerinin 18 mindən çoxu daimidir. Ümumi məhsul istehsalı 5,3, sənaye məhsulu istehsalı 3,8, kənd  təsərrüfatı məhsulları istehsalı 3,4, pərakəndə ticarət dövriyyəsi 4,7, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,7, sahibkarlıq subyektlərinin sayı 1,8 dəfə artmışdır. Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 530 sahibkara 22,8 milyon manat güzəştli kredit verilmişdir. Bundan əlavə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 909 min manat məbləğində yardım edilmişdir.

İlyas Əliyev, fermer, "İlyas-çay" MMC-nın rəhbəri: "Son 10 ildə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da iqtisadiyyat əvvəlki illərlə müqayisədə dəfələrlə inkişaf etmiş, ümumi məhsul buraxılışı artmışdır. Sahibkarlığa göstərilən dövlət dəstəyi rayonda işgüzar ab-hava yaratmışdır. Əhaliyə verilən güzəştli kreditlər, yanacaqsürtkü materiallarına edilən güzəştlər sahibkarlarda istehsal işlərinə böyük maraq oyatmışdır. İndi rayon iqtisadiyyatına adamları tərəfindən iri sərmayələr qoyulur. Yaradılan müəssisələr buna konkret misaldır. Regional inkişaf Dövlət Proqramı çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Belə bir mühit məni də fermer təsərrüfatı yaratmağa ruhlandırdı. 2005-ci ildə 10 hektarda çay plantasiyası saldım. Artıq 2 ildir bu sahələrdən məhsul yığılır. Çox xoşdur ki, iqtisadi cəhətdən səmərəli əkinçilik növü olan çayçılığın inkişafı üçün dövlət səviyyəsində tədbirlər görülür. Bu da biz fermerləri daha yaxşı işləməyə həvəsləndirir. Rəhbərlik etdiyim fermer təsərrüfatında 35 nəfər işlə təmin olunmuşdur. Təsərrüfatımız gəlirlə işlədiyindən işçilərimiz pis qazanmırlar. İldən-ilə məhsuldarlıq da artır. Bir fermer kimi bu uğurlara çox sevinirəm".

Əhalinin sağlamlığı dövlətin prioritet məqsədlərindən biridir. Ölkəmizin cənub bölgəsində ilk olaraq Lənkəranda Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərir. Lənkəran və ətraf rayonların əhalisinə xidmət edən bu səhiyyə ocağı müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Mərkəz müraciət edənlərə dializ, stasionar əməliyyat, cərrahiyyə, reanimasiya, şüa-diaqnostika, poliklinika şöbələri ilə xidmət göstərir. Gün ərzində dializ şöbəsində 45, cərrahiyyə şöbəsində 20, reanimasiya şöbəsində 6 xəstə müalicə ala bilər. Mərkəzdə bir neçə xəstə üzərində hətta  açıq ürək əməliyyatı aparılmışdır. 190 çarpayılıq mərkəzi xəstəxana da əsaslı şəkildə yenidən qurulmuşdur. Təmirdən sonra funksionallığı daha da artan xəstəxananın müasir tibbi avadanlıqlarla təchiz edilmiş konsultativ poliklinika, ginekologiya, travmatologiya, reanimasiya, doğum, yoluxucu xəstəliklər və terapiya şöbələrində əhaliyə yüksək tibbi xidmət göstərilir. Burada Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da yaradılmışdır. Uşaq Sağlamlıq Mərkəzi isə hələ 5 il əvvəl istifadəyə verilmişdir.  Mərkəzdə pediatriya, nevropatologiya, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə, lor, okulist, peyvənd şöbələri vardır. Mərkəz gün ərzində 200 xəstə qəbul etmək imkanına malikdir. Bunlardan əlavə, 2007-2013-cü illərdə rayonun 9 yaşayış məntəqəsində həkim ambulatoriyası, 7 kəndində feldşer-mama məntəqələri üçün yeni binalar tikilmişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Lənkəranda son 10 ildə 8 min 20 nəfərlik 25, o cümlədən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 3 min 24 şagirdlik 9 məktəb binası inşa edilmiş, 4 min 186 şagirdlik 4 məktəb binası əsaslı təmir olunmuşdur. Tikilən və təmir edilən təhsil ocaqlarına müasir avadanlıq verilmişdir. Bunun nəticəsidir ki, son illər rayonda təhsilin keyfiyyəti yaxşılaşmışdır.

Ofeliya Cəfərova, O.Mirzəyev adına Lənkəran uşaq evinin direktoru: "Hər bir vətənpərvər azərbaycanlı memarı və qurucusu ulu öndər Heydər Əliyev olan dövlətimizlə fəxr edir. Son 10 il ərzində respublikamızda əhalinin firavanlığı üçün böyük işlər görülmüşdür. Bu dövrdə əmək haqları, pensiya və müavinətlər dəfələrlə artmış, imtiyazlı şəxslərə dəstək davamlı xarakter almışdır. Rəhbərlik etdiyim Osman Mirzəyev adına qarışıq tipli Uşaq evi dövlətin qayğısı ilə yeni həyatını yaşayır. Uşaq evi əsaslı şəkildə yenidən qurulmuş, uşaqlar dövlət qayğısı ilə əhatə olunmuşlar. Bu amil də dövlətimizin öz vətəndaşlarına maddi və mənəvi dəstəyinin bir göstəricisidir".

Son illər Lənkəran şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları üçün 74 mənzilli çoxmərtəbəli 3 yaşayış binası, 8 fərdi ev tikilib istifadəyə verilmişdir. Qəzalı vəziyyətdə olan evlərdə yaşayan ailələr üçün 112 mənzildən ibarət 4 bina inşa olunmuş, torpaq sürüşməsi nəticəsində zərər çəkmiş ailələrə fərdi evlər tikilmişdir.

Kəndlərin də siması dəyişir. Yollar bərpa olunur, asfaltlaşdırılır, kommunikasiya xətləri təzələnir, yaşayış məntəqələri qazlaşdırılır, su-kanalizasiya sistemləri qurulur. Bütün bunlar əhalinin xoş güzəranı, rahat yaşayışı üçün edilir.

Lənkəran ölkəmizin mədəni həyatında həmişə mühüm rol oynamışdır. Onlarca mədəniyyət, incəsənət xadimi bu torpağın yetirməsidir. Burada fəaliyyət göstərən N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının işi təqdirəlayiqdir.

 2008-ci ilin oktyabr ayında istifadəyə verilən və 2013-cü ildə yenidən qurulan Heydər Əliyev adına Xatirə parkı lənkəranlıların sevimli istirahət yerinə çevrilmişdir. Lənkəran şəhərindəki "Qəhrəmanlar", Həzi Aslanov parkları, 1918-ci il qurbanlarının xatirəsinə ucaldılan abidə yenidən qurulmuşdur.

Turizmin inkişafı ilə bağlı rayonda ardıcıllıqla işlər aparılır. "Palıdlı sahil", "Bəşəri", "Qafqaz" istirahət mərkəzlərində subtropik bölgəyə gələn hər bir turist üçün lazımi şərait yaradılmışdır.

Lənkəranda sosial-iqtisadi həyatın bütün sahələrində aparılan işlər ürəkaçandır. Onlardan biri də 2008-ci il oktyabr ayının 8-də istifadəyə verilən Beynəlxalq hava limanıdır. Saatda 160 sərnişin qəbul etmək imkanına malik olan hava limanından Rusiyanın Moskva, Sankt-PeterburqSurqut şəhərlərinə birbaşa uçuşlar həyata keçirilir.

Digər sahələr kimi, idmana da diqqət və qayğı artırılmışdır. Lənkəranlılar futbola xüsusi maraq göstərirlər. "Xəzər-Lənkəran" komandasının hər bir oyunu azarkeşlər tərəfindən coşqu ilə izlənilir. Komanda dəfələrlə respublika birinciliyində fərqlənmiş, ölkə kubokunu qazanmışdır. 2006-cı il avqust ayının 11-də 15 min nəfərlik yeri olan stadion istifadəyə verilmişdir. Keçən il burada Avropa çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan-Finlandiya görüşü, habelə 17 yaşadək qızlar arasında dünya çempionatının final turunun oyunları keçirilmişdir. Rayonda Regional Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

Lənkəranın inkişafına daim yüksək diqqət və qayğı göstərmiş ulu öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə istifadəyə verilən Heydər Əliyev Mərkəzi 2012-ci ildə əsaslı şəkildə yenidən qurulmuşdur. İndi mərkəzdə 500-dən çox eksponatı olan ekspozisiya zalı, 300 yerlik akt, 80 yerlik konfrans zalları, elektron kitabxana, internet-klub, kafe, kinozal, linqvistika otağı, rəsm və foto studiyaları, sərgi salonu, şahmatintellektual oyun otaqları, kompyuter kursları, virtual sinif fəaliyyət göstərir.

Heydər Əliyev Memorial parkına bitişik inşa edilən Gənclər Mərkəzi isə bu ilin avqust ayında istifadəyə verilmişdir. Mərkəzdə konfrans, oxu, kafe-diskoteka, 3D kinozalları, kompyuter otağı, yaradıcılıq studiyası gənclərin ixtiyarındadır.

Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün rayonda hər bir şərait vardır. Hazırda Lənkəranda bir neçə adda qəzet və jurnal çıxır. Verilişləri respublikanın 25 şəhər və rayonuna yayımlanan "Cənub" telekanalı üçün yeni bina tikilərək istifadəyə verilmişdir.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı çərçivəsində Lənkəranda yeni su-kanlaizasiya xətlərinin çəklişinə 2011-ci ilin avqust ayında başlanmış, su xətlərinin 120 kilometrlik birinci mərhələsində işlər yekunlaşmışdır. Şəhərin 250 kilometrlik su və 230 kilometrlik kanalizasiya şəbəkəsinin tam yenidən qurulması işləri 2014-cü ilin iyununda başa çatdırılacaq.

Lənkəranın inkişafını əks etdirən göstəricilərdən biriavtomobil yolu infrastrukturunun yenidən qurulmasıdır. Artıq 40 min nəfər əhalinin yaşadığı 20 məntəqəni birləşdirən Lənkəran-Türkəncil avtomobil yolu yenidən qurulmuş, 47 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Vilvan-Liman avtomobil yolunun tikintisi başa çatmışdır. Bunlardan başqa, 28 min əhalinin yaşadığı 16 kəndi birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolu da əsaslı surətdə yenidən qurulmuşdur. Rayonun dağ kəndlərinə gedən yolların təmiri sahəsində də tədbirlər görülmüşdür.

Bəli, Lənkəran inkişaf edir, dəyişir, gündən-günə, aydan-aya, ildən-ilə daha da abad olur. İndi bu cənub bölgəsinin hər bir sakini öz doğma yurdu ilə fəxr edir.

Ələkbər Əliyev, rayon Ağsaqqallar Şurasının üzvü: "Mən şəhid atasıyam. Oğlum Azərbaycanın Milli Qəhrəmanıdır. 1993-cü ilə qədər olan dövrü bu günümüzlə müqayisə edəndə baş vermiş hadisələri, məruz qaldığımız təhlükələri yada salanda Tanrıya şükür edirəm ki, bizim Heydər Əliyev kimi qüdrətli rəhbərimiz olmuşdur. Məhz o böyük şəxsiyyət bizi dəhşətli bəlalardan xilas etmiş, həqiqi müstəqilliyə çatdırmışdır. Sevinirik ki, bu gün onun yolu davam etdirilir. İndi Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz ağsaqqallar bunu görüb çox sevinirik. Yaşadığımız Lənkəran şəhərində də çox işlər görülüb. Parklar, xiyabanlar salınıb, küçələr, səkilər yenidən qurulub, yerləri açılıb. Bütün bunları görəndə insanda yaşamaq həvəsi, bu işlərdə yaxından iştirak etmək arzusu oyanır".

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2013.- 1 oktyabr.- S.8.