2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ədalət Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması aqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 34/201

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Ədalət Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Ədalət Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

 

 

- Akif Saleh oğlu Fətalıyev

- Elşad Məmməd oğlu Qafarov

- Ağasoltan Firidun oğlu Əkbərov

- Zahid İlyas oğlu İsmayılov

- Mirzə Həmidağa oğlu Əkbərov

- İlqar Əzizağa oğlu Əliyev

- Qubat Çoban oğlu Babayev

 

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr       əzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

03.10.13

Azərbaycan.-2013.- 4 oktyabr.- S.7.