"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

280 Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 8, maddə 555; 2005, 11, maddə 1065; 2006, 12, maddə 1161; 2007, 7, maddələr 737, 738; 2008, 1, maddə 36, 2, maddə 104, 6, maddələr 582, 584, 586, 7, maddələr 680, 681, 682; 2009, 7, maddə 609, 10, maddə 848; 2010, 6, maddə 566, 7, maddə 704, 8, maddə 760; 2012, 3, maddə 264, 6, maddə 636; 2013, 3, maddə 338, 4, maddə 440, 6, maddə 727) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Memarlıq abidələri" bölməsinin "Səbail rayonu" hissəsinin 3392-ci bəndində "Hərbi Komissarlığının" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin" sözləri ilə əvəz edilsin.

 

Artur Rasi-zadƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 4 oktyabr.- S. 5.