"Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 avqust tarixli 190 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 275                   Bakı şəhəri, 2 oktyabr 2013-cü il

 

 

Azərbaycan Respublikası Prezidentinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2012-ci il 13 fevral tarixli 593 nömrəli fərmanının 4.1.2-ci yarımbəndinə və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında" 2012-ci il 13 iyul tarixli 681 nömrəli fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Respublikanın tədris müəssisələrində ibtidai hərbi hazırlığın tədrisinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 avqust tarixli 190 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissə üzrə:

1.1. ikinci abzasda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin və həmin abzasdan "Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika Şurası," sözləri çıxarılsın;

1.2. səkkizinci abzasda "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsin;

1.3. doqquzuncu abzasa "Müdafiə Nazirliyi" sözlərindən sonra ", Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri əlavə edilsin və həmin abzasdan "Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurası" sözləri çıxarılsın.

2. 2-ci hissənin birinci abzasında "Müdafiə Nazirliyi" sözləri "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti" sözləri ilə əvəz edilsindördüncü abzasına "məsələsini" sözündən sonra "Müdafiə Nazirliyi ilə birlikdə" sözləri əlavə edilsin.

3. 3-cü və 6-cı hissələr ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.-  4 oktyabr.- S. 5.