«Yeddi gözəl» Moskvada

 

Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Rusiya Dövlət Akademik Malı Teatrının səhnəsində Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında səhnələşdirdiyi eyniadlı tamaşanı nümayiş etdirib. Bəllidir ki, hələ ötən əsrdən Rus Dram Teatrının səhnəsində azərbaycanlı aktyorlar müxtəlif tamaşalarla çıxış edərək böyük rəğbət qazanmışlar. Bu dəfə də Rusiya teatrı azərbaycanlı həmkarlarını məhəbbətlə qəbul edərək öz səhnəsini onlara ərməğan etdi. Dahi Nizaminin 870 illik yubileyinə həsr olunmuş tamaşaya litvalı rejissor quruluş verib.

 

Azərbaycan.-2013.- 5 oktyabr.- S.12.