«Görkəmli adamların həyatı» seriyasından «Heydər Əliyev»

 kitabının çin dilinə tərcüməsinin siqnal versiyası çapdan çıxmışdır

 

Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə yazıçı Hüseynbala Mirələmovun və Viktor Andriyanovun "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev" kitabının çin dilinə tərcüməsinin siqnal versiyası çapdan çıxmışdır.

Səfirliyin ulu öndər Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində çin dilinə tərcümə olunmuş kitabının çapı üçün zəruri işlər tamamlanmışdır. Yaxın vaxtlarda çap olunacaq kitabın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndəriləcəkdir.  

Kitabın çin dilində olan nəşrinə Azərbaycanın Pekindəki səfiri Lətif Qəndilov ön söz yazmışdır.

 

 Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

Azərbaycan.-2013.-  9 oktyabr.- S. 5.