Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikası prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Tacikistanda bu xəbəri böyük məmnuniyyətlə qarşıladıq. Yenidən Prezident seçilməyiniz Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənizin çiçəklənməsinə, onun xalqının firavanlığına yönəlmiş fəaliyyət xəttinə yüksək etimadın parlaq göstəricisidir.

Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri iki dövlətin və onların xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, Tacikistan bunun üçün bütün zəruri səylərini əsirgəməyəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm.

Səmimiyyətlə,

 

 Emoməli RAHMON,

Tacikistan Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 2.