Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Ölkənizdə yenicə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim.

Nəticələr Sizin indiyədək Azərbaycan xalqının çiçəklənməsinə verdiyiniz zəngin töhfələri əks etdirir. Seçkinin nəticələri, həmçinin Sizin şəksiz liderliyiniz altında Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük nüfuza malik demokratik cəmiyyət kimi inkişaf etdiyini sübut edir.

Fürsətdən istifadə edərək ölkələrimizin bütün sahələrdə sıx əməkdaşlıq yolunda irəliləməsinə verdiyiniz səmərəli töhfələrə görə bir daha minnətdarlığımı ifadə edirəm. Mən ölkələrimiz arasındakı əlaqələri əhəmiyyətli dərəcədə möhkəmləndirən intensiv dostluq münasibətlərimizin davam edəcəyinə ümidvaram.

Hörmətli Prezident, Sizə cansağlığı və ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram. Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

 

 Filip VUYANOVİÇ,

Monteneqro Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 2.