ABŞ konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik etmişlər

 

ABŞ konqresmenləri və senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxsləri oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlət başçısı İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik etmişlər.

 

Nyu-Meksiko ştatından Konqresin üzvü xanım Mişel Lujan QRİŞAMIN təbrik məktubunda deyilir:

 

"Hörmətli Prezident Əliyev, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində növbəti mühüm bir mərhələ olan uğurlu seçkilər münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlığa malikdir. Ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın və tərəqqinin təbliği üçün birlikdə işləyirlər. Mən bir amerikalı kimi Azərbaycanın ABŞ ilə təhlükəsizlik və iqtisadi sahələrdə uzunmüddətli tərəfdaşlığını çox yüksək qiymətləndirirəm.

Növbəti prezidentliyiniz müddətində ölkələrimizin regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi inkişafdemokratik dəyərlərlə bağlı maraqlarının olunmasında əməkdaşlığının davam edəcəyinə və möhkəmlənəcəyinə ümidvaram. İnanıram ki, Sizin rəhbərliyiniz altında Azərbaycan və ABŞ daha güclü tərəfdaşlar olacaqlar.

Hörmətli Prezident Əliyev, ölkənizi daha da inkişaf etdirmək işində Sizə Azərbaycanın bir dostu kimi böyük uğurlar arzulayıram".

 

*  *  *

 

ABŞ Konqresinin üzvü Gin QRİN: "Hörmətli cənab Prezident!

Yenidən Prezident seçilməyiniz Azərbaycan xalqına Sizin bəxş etdiyiniz sabitlik, sülh və çiçəklənmənin təsdiqidir.

Texas ştatının 29-cu seçki dairəsi adından ölkənizə müdrik rəhbərliyiniz üçün Sizə təşəkkürümü bildirir, Xəzər regionunun və Qərbi Asiyanın inkişafına Azərbaycanın verdiyi töhfələri xüsusi qeyd edirik. Xalqlarımızın rifahı və əmin-amanlığı üçün gələcəkdə də Sizin hökumətinizlə çalışmaqda maraqlıyam.

Gənc demokratik ölkə kimi Azərbaycanın bundan sonra da uğurlu islahatlar həyata keçirməyə davam edəcəyinə və insan hüquqlarının müdafiəsini artıracağına ümidvaram. Yaratdığınız güclü yerli müəssisələr sübut etmişdir ki, Xəzər bölgəsinin parlaq ulduzlarından biri kimi iqtisadi inkişafa və sabitliyə təkan vermək üçün Azərbaycan bu vacib məsələlərdə müsəlman dünyasının aparıcı səsinə çevrilmək imkanına malikdir.

Sonda Azərbaycana Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mühüm üzvü kimi Əfqanıstanda göstərdiyi dəstəyə və bütün dünyada beynəlxalq terrorizmlə mübarizədə davamlı yardıma görə təşəkkür etmək istərdim".

 

*  *  *

 

ABŞ Konqresinin üzvü Leonard LANS: "Zati-aliləri cənab Prezident! Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etmək istərdim. Ümumxalq seçkilərinin keçirilməsi demokratik prosesin ayrılmaz hissəsi, Sizin və Azərbaycan xalqının fəxr etməli olduğu bir nailiyyətdir.

Regiondakı və dünyadakı ümumi strateji maraqlarımıza uyğun olaraq Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Sizin dəstəyinizlə biz ekstremizmin yayılmasına qarşı mübarizədə böyük işlər görmüşük.

Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycan lider ölkədir. "Cənub" qaz dəhlizinin Avropa marşrutu kimi Trans-Adriatik boru kəmərinin seçilməsi Sizin bu layihəyə verdiyiniz önəmin sübutudur.

Ali dövləti vəzifənizdə Sizə uğurlar arzulayır və əməkdaşlığımızın davam etdirilməsində maraqlı olduğumu bildirmək istəyirəm".

 

*  *  *

Senator Rocer VİKER: "Hörmətli Prezident Əliyev, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.

Ötən iki onillikdə Amerika Birləşmiş Ştatları və Azərbaycan stratejidinamik tərəfdaşlıq əlaqələri qurmuşlar. Biz bir çox ümumi məqsəd və maraqları bölüşürük. Bunların ən vaciblərindən biri qlobalregional təhlükəsizliyin təminidir.

ABŞ və Azərbaycan sülhməramlıları Əfqanıstanda, İraqdaKosovoda birlikdə xidmət etmişlər. Biz terrorizmə qarşı mübarizədə və kütləvi qırğın silahlarının yayılmamasında tərəfdaşıq. Bundan başqa, Sizin ölkəniz ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarında etibarlı təchizat marşrutu kimi çıxış edir.

Biz yeniçox vacib qlobal çağırışlarla üzləşdiyimizdən ABŞ-ın  bəxti gətirmişdir ki, Xəzər dənizi regionunda Azərbaycan kimi sabit müttəfiqi vardır. Gələcək illərdə ortaq maraqlarımızın daha da artacağına ümid edirəm.

Cənab Prezident, Azərbaycanın daha da inkişafı naminə Sizə yeni-yeni uğurlar arzulayıram".

 

*  *  *

Nyu-Meksiko ştatının qubernatoru xanım Susana MARTİNEZ: "Zati-aliləri, Sizi yenidən Prezident seçilməyiniz və ölkənizi vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsində yeni mərhələyə qədəm qoyması münasibətilə təbrik etmək istərdim.

ABŞ ilə Azərbaycan arasında ümumi strateji maraqlara söykənən güclü tərəfdaşlıq mövcuddurümid edirəm ki, Sizin səylərinizlə münasibətləriniz daha da irəliyə gedəcəkdir. Biz xalqlarımızın mənafeləri naminə vacib məsələlərdə birgə çalışmağa davam edəcəyik. Biz amerikalılar Azərbaycanın bölgədəki sabitləşdirici rolunu yüksək qiymətləndiririk. Biz amerikalılar və avropalı tərəfdaşlarımız enerji təhlükəsizliyi məsələsində Azərbaycanın lider mövqeyini yüksək qiymətləndiririk.

Tolerantlıq və insan hüquqlarına hörmət bizim birgə dəyərlərimizdir. Bunlar demokratik sistemin əsas dəyərləridir.

Cənab Prezident, Azərbaycanı daha sürətli inkişaf mərhələsinə çıxarmaqda Sizə uğurlar diləyirəm".

 

*  *  *

 

Oklahoma ştatının qubernatoru Meri FOLİN: "Əziz Prezident Əliyev, növbəti beş il üçün Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul edin. Yeni rəhbərliyiniz dövründə Sizə hər şeyin ən yaxşısını arzu edirəm.

Oklahoma ştatı ilə Azərbaycan arasındakı Milli Qvardiya Dövlət Tərəfdaşlıq Proqramı və inkişaf etmiş güclü əlaqələrlə xüsusi fəxr edirik. Biz bu əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq.

ABŞ və tərəfdaşımız Azərbaycan arasındakı əlaqələr qarşılıqlı məqsədlərə və strategiyalara əsaslanır. Azərbaycanın regional təhlükəsizlik və sabitliyin inkişaf etdirilməsindəki əhəmiyyətli rolunu qiymətləndiririk.

Sizin yenidən inamlı qələbə qazanmağınız barədə xəbəri eşitməkdən olduqca məmnunam. Ali dövləti vəzifənizin uğurlu və məhsuldar olacağına ümid edirəm".

 

*  *  *

 

Tennesi ştatının SabitlikDaxili Təhlükəsizlik Departamentinin komissiya üzvü Bil GİBBONS: "Cənab Prezident Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. İyunda Tennesi ştatının nümayəndə heyətinin üzvü kimi Azərbaycana səfərim zamanı ölkənizin inkişaf edən iqtisadiyyatının və Avropanın gələcəyi üçün daşıdığı önəmin şahidi oldum.

Həmin səfər məni ABŞ-ın bölgədəki təhlükəsizliklə bağlı marağında Azərbaycanın strateji əhəmiyyəti barədə daha da məlumatlandırdı.

Ölkələrimiz arasında uzunmüddətli işgüzar dostluq münasibətlərinin olacağına ümidvaram. Bir daha yenidən Prezident seçilməyiniz münasibətilə təbriklərimi və dərin ehtiramımı qəbul edin".

 

 

AzərTAc

Azərbaycan.-2013.-  11 oktyabr.- S. 3.